"Qarabağ"ı tarixi oyuna kapitan kimi o çıxaracaq

Artıq qarşılaşma üçün komandaların heyətləri açıqlanıb. Tarixi görüşdə ev sahibi olan "Qarabağ"ı kapitan kimi fərqli sima meydana çıxaracaq.
Əsas kapitanlar Maksim Medvedev və Bədavi Hüseynovun yoxluğunda baş məşqçi Qurban Qurbanov məsuliyyətli sarğını Bəhlul Mustafazadəyə etibar edib.