Renat Dadaşovdan BÖYÜK UĞUR

Renat Dadaşovdan BÖYÜK UĞUR
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov icarə əsasında çıxış etdiyi Türkiyənin “Hatayspor” klubunda dördüncü qolunu vurub.

24 yaşlı hücumçu Superliqanın XIII turunun “İstanbulspor”la səfər oyununda (1:2) fərqlənib.
Meydana start heyətində çıxan və əvəzlənmədən oynayan forvard 48-ci dəqiqədə - hesab rəqibin xeyrinə olarkən fərqlənib. Penaltini dəqiq yerinə yetirən R.Dadaşov tarazlığı bərpa edib.
Lakin sonradan daha bir qol buraxan qonaqlar meydanı məğlub tərk ediblər.
Bu nəticədən sonra “Hatayspor” 17 xalla 9-cu, “İstanbulspor” isə 8 xalla sonuncu – 20-ci pillədə yer alıb
скачать dle 12.1
Geri qayıt