Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turdan təxirə salınmış oyun keçiriləcək.
GunAz.az məlumatına görə, “Sumqayıt” “Sabah”ı qəbul edəcək.
“Kapital Bank Arena”da baş tutacaq qarşılaşma saat 18:30-da start götürəcək. Paytaxt klubu 10 xalla 8-ci, “gənclik şəhəri” təmsilçisi 11 xalla 7-ci pillədə qərarlaşıb.