Qurban Qurbanov Şahruddini ehtiyat heyətə göndərdi

GunAz.az xəbər verir ki, son bəzi matçlarda ciddi səhvlərə yol verən qapıçı Şahruddin Məhəmmədəliyev bu görüşdə start heyətdə yer almayıb. Q.Qurbanov gürcüstanlı qapıçı Luka Quqeşaşvilini start 11-liyə daxil edib. Şahruddin və yeni qapıçı Andrey Lunyev ehtiyatda yer alıblar.
Xatırladaq ki, “Olimpiya” - “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.