Ata Cavadov baş katibə minnətçi düşdü

Vaqifin atası Füzuli Cavadov "Neftçi”, "Sumqayıt” və "Kəpəz”in ardından "İnter”i də kurasiyasına keçirən baş katibə minnətçi düşüb. Görüş zamanı ata Cavadov oğluna qarşı edilən haqsızlığın səbəbini öyrənmək istədiyini söyləyib. Füzuli bəy dekabrda "Neftçi”nin çalışdırıcısı Elxan Abdullayevlə də danışıb. Abdullayev Vaqif mövzusunda söz sahibi olmadığını vurğulayaraq, onu komandaya götürə bilməyəcəyini deyib. Gördüyünüz kimi, çalışdırıcının özü də "Sumqayıt”dan Elxan Məmmədovun adamı Kamran Quliyev tərəfindən uzaqlaşdırılan yarımmüdafiəçinin "gülləsinin hardan atıldığını” bildirib.