Musa Qurbanlı oynadı, komandası uduzdu

Musa Qurbanlı oynadı, komandası uduzdu
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının çıxış etdiyi İsveç "Yurqorden"i UEFA Konfrans Liqasına məğlubiyyətlə başlayıb.

Stokholmdə İsveçrə "Lütsern"i ilə qarşılaşan komanda rəqibinə 1:2 hesabı ilə uduzub.

Oyuna start heyətində başlayan Qurbanlı 63-cü dəqiqədə Yoel Asoro ilə əvəzlənib. 21 yaşlı forvard meydanda olduğu müddətdə qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 3-də keçiriləcək.
скачать dle 12.1
Geri qayıt