Afrika Millətlər Kubokunda ilk finalçı məlum olub

Afrika Millətlər Kubokunda ilk finalçı məlum olub

Afrika Millətlər Kubokunda ilk finalçının adına aydınlıq gəlib.

 Yarımfinal mərhələsinin ilk oyununda Burkina Faso və Misir münasibətlərinə aydınlıq gətiriblər.

1/4 finalda Burkina Faso Tunisi (2:0), Misir isə Mərakeşi (1:0) mübarizədən kənarlaşdırmışdı.

Oyunda hesabı Misir açıb. Mohamed Salah 65-ci dəqiqədə şimali afrikalıları hesabda önə keçirib. Ancaq ərəblərin bu üstünlüyü cəmi 7 dəqiqə çəkib. Aristid Banse oyunda status-kvonu bərpa edib.

Qarşılaşmanın əsas vaxtı bu hesabla başa çatıb. Əlavə vaxtda da qol olmayınca ilk finalçının adına penaltilər seriyasında aydınlıq gəlib. Burda daha dəqiq oynayan (4:3) Misir millisi qitə birinciliyinin finalına vəsiqə qazanıb.

Yarımfinalın digər oyunu sabah keçiriləcək. Kamerun millisi finala vəsiqə uğrunda Qanayla mübarizə aparacaq.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt