"Qəbələ" bu futbolçu ilə müqaviləni niyə uzadır?

"Qəbələ" bu futbolçu ilə müqaviləni niyə uzadır?
"Qəbələ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadacaq.

Bu barədə klubun baş meneceri Nail Kərimov açıqlama verib.

Onun sözlərinə görə, Ülvi İsgəndərovlə razılığa gəliblər. 26 yaşlı hücumçu ilə münasibətlər yaxın vaxtlarda rəsmiləşdiriləcək.

Qeyd edək ki, "Qəbələ" daha əvvəl Urfan Abbasov, Murad Musayev, İlkin Qırtımov və Emin Səfərovla müqaviləni uzadıb. Məqsəd İsayev isə komandadan ayrılıb//metbuat.az
скачать dle 12.1
Geri qayıt