Məşhur futbolçu bu kluba keçdi

Mövsümün sonunda İspaniya "Real Madrid"indən ayrılan Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasına keçib.
Klub fransalı futbolçunun transferini rəsmi Tvitter hesabından açıqlayıb.
"Benzema bizimlədir. Yeni bir pələng nərə çəkəcək. "İttihad"a xoş gəlmisiniz", - paylaşımda yazılıb.
"Pələnglər" 36 yaşlı forvardla 2026-cı ilin yayınadək müqavilə imzalayıb.