Maradona Ronaldunun mükafatı almasına münasibət bildirdi

Maradona Ronaldunun mükafatı almasına münasibət bildirdi
Futbolun canlı əfsanəsi Diyeqo Maradona Kriştianu Ronaldunun FİFA tərəfindən 2016-cı ilin ən yaxşı futbolçusu üçün təqdim olunan "The Best" mükafatına sahib çıxmasını ədalətli hesab edir.
1986-cı ilin dünya çempionu "Barselona" futbolçularının mərasimdə iştirak etməməsinə yenə toxunub.
"Mükafatı Ronaldonun almasını qanunauyğun nəticə kimi görürəm. Amma Messi və Neymar mərasimdə iştirak etsəydi, daha məqsədəuyğun olardı" - Maradona deyib.
Qeyd edək ki, "The Best" mükafatına namizədlər arasında Ronaldu 34.4, Messi 26.42, Qrizmann isə 7.53 % səs toplamışdı.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt