Mərakeş 1/4 FINALDA
![Mərakeş 1/4 FINALDA](https://gunaz.az/uploads/posts/2022-12/1670350324_ispaniya-milli.jpg)
Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.
Afrika təmsilçisi 1/8 finalda İspaniyanı mübarizədən kənarlaşdıraraq, adını növbəti mərhələyə yazdırıb.
Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında daha dəqiq oynayan (3:0) mərakeşlilər 1/4 finala adlayıb.
Qeyd edək ki, Mərakeş yığması növbəti raundda Portuqaliya - İsveçrə cütünün qalibi ilə qarşılaşacaq.