Qurban Qurbanov oyunla bağlı açıqlama verdi

Qurban Qurbanov oyunla bağlı açıqlama verdi

Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Bu mövsüm avrokuboklarda yaxşı oyunlar keçirdik.

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniya "Frayburq"u ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis hakim qərarlarına da toxunub: "Sayılmayan qol epizodunda əsəbiləşdim. Həmin an penalti təyin olunmalı idi".

Qeyd edək ki, Avropa Liqasında mübarizəni dayandıran "Qarabağ" mübarizəni Konfrans Liqasının pley-offunda davam etdirəcək.

скачать dle 12.1
Geri qayıt