SON DƏQİQƏ

"Mançester Siti"dən əzmkar QƏLƏBƏ

Tarix:

29-04-2021, 08:34

/ 1 501 dəfə oxundu.
"Mançester Siti"dən əzmkar QƏLƏBƏ

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçirilib.
GunAz.az-ın məlumatına görə, Fransada PSJ ilə qarşılaşan İngiltərənin "Mançester Siti" komandası 2:1 hesablı əzmkar qələbə qazanıb.
Matçda hesabı meydan sahibləri açıblar. Markinyos 15-ci dəqiqədə komandasını önə çıxarıb. İlk hissə Paris təmsilçisinin minimal üstünlüyü ilə başa çatıb. İkinci yarıya daha yaxşı başlayan qonaqlar 64-cü dəqiqədə Kevin De Bröyne, 7 dəqiqə sonra isə Riyad Mahrezin vurduğu qollarla hesabı öz xeyrinə dəyişib. 77-ci dəqiqədə PSJ-nin heyətində İdrissa Geye qırmızı vərəqə alaraq, meydandan qovulub. Beləliklə, səfərdə qələbə qazanan "şəhərlilər" cavab matçı öncəsi böyük üstünlük əldə edib.
UEFA Çempionlar Liqası, yarımfinal
İlk oyun
23:00. PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qollar: Markinyos, 15 - Kevin De Bröyne, 64, Riyad Mahrez, 71
Qırmızı vərəqə: İdrissa Geye, 77 (PSJ)
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyun günündə İngiltərənin digər klubu "Çelsi" İspaniyada "Real Madrid"lə heç-heçə edib - 1:1. Cavab qarşılaşmaları 4-5 mayda oynanılacaq.
скачать dle 12.1

Şərhlər