SON DƏQİQƏ
» » Bakı yenidən gimnastika yarışlarına ev sahibliyi edəcək

Bakı yenidən gimnastika yarışlarına ev sahibliyi edəcək

Tarix:

13-04-2021, 22:09

/ 1 412 dəfə oxundu.
Bakı yenidən gimnastika yarışlarına ev sahibliyi edəcək

Milli Gimnastika Arenası bir illik fasilədən sonra yenidən beynəlxalq yarışlara ev sahibliyi etməyə hazırlaşır.

Azərbaycan Gimnastika Federasiyasından GunAz.az-a verilən məlumata görə, belə ki, qlobal COVID-19 pandemiyası səbəbindən təxirə salınmış və bu ilin may ayında keçirilməsi gözlənilən yarışların təşkilinə həmin tədbirlərin əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə icazə verilmişdir.

Sözügedən yarışlar Tokio-2020 Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bədii gimnastika üzrə Dünya Kuboku (7-9 may), aerobika gimnastikası üzrə Yaş Qrupları Yarışları (21-23 may) və bu növ üzrə Dünya Çempionatıdır (27-29 may).

Sadalanan turnirlərin ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, qlobal COVID-19 pandemiyasına görə ölkəmizdə görülən təxirəsalınmaz və qabaqlayıcı tədbirlərlə əlaqədar 2020-ci ildə Bakıya həvalə olunmuş 8 beynəlxalq turnirdən yalnız ikisi baş tutmuşdur. Digər yarışlar ləğv edilmiş və ya təxirə salınmışdır.


скачать dle 12.1

Şərhlər