SON DƏQİQƏ

"Qarabağ" futbolunun QALİB ƏSGƏRLƏRİ

Tarix:

2-10-2020, 08:04

/ 5 539 dəfə oxundu.
"Qarabağ" futbolunun QALİB ƏSGƏRLƏRİ

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsində "Legiya” üzərindəki qələbəyə (3:0) şərh verib.

O, futbolçularını "əsgər” adlandırıb:

 

"Əvvəla, futbolçuları yox, əsgərlərimi təbrik edirəm. Çünki bu gün əsgər kimi idilər.

"Legiya” yaxşı komandadır, amma oyun sistemini dəyişib. Düşünürəm ki, 3:0 hesabı bu matçın gedişatını tam əks etdirmir, çünki "Legiya” nəticənin göstərdiyindən daha yaxşı komandadır. Sadəcə, son vaxtlar Polşa komandasında çox dəyişikliklər edilib. Əsgərlərimi, futbolçularımı təbrik etmək, rəqibə və məşqçisinə uğurlar arzulamaq istəyirəm. Nəticədən çox məmnunam”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ