SON DƏQİQƏ

"Neftçi" "Arsenal"ı darmadağın etdi

Tarix:

1-08-2019, 23:07

/ 2 786 dəfə oxundu.
"Neftçi" "Arsenal"ı darmadağın etdi

"Neftçi" komandası UEFA Avropa Liqasında III təsnifat mərhələsinə vəsiqə qazanıb.

GunAz.az xəbər verir ki, paytaxt təmsilçisi buna II raundun Bakıda baş tutan cavab oyununda Rusiya "Arsenal"nı 3:0 hesabı ilə məğlub etməklə nail olub. "Ağ-qaralar" 49-cu dəqiqədə Rauf Əliyevin vurduğu qolla önə keçiblər. 89-cu dəqiqədə Dario Frederiko penaltini dəqiq yerinə yetirib. Bundan 4 dəqiqə sonra isə Mamadu Mboc son nöqtəni qoyub.

Beləliklə, Tulada baş tutan ilk qarşılaşmada rəqibini 1:0 hesabı ilə üstələyən bakılılar yola davam ediblər.

Qeyd edək ki, "Neftçi" III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" komandası ilə qarşılaşacaq. İlk matç avqustun 8-də Bakıda, cavab görüşü isə 15-də Təl Əvivdə olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ