SON DƏQİQƏ

“Barselona” darmadağınla yarımfinalda

Tarix:

31-01-2019, 08:38

/ 10 296 dəfə oxundu.
“Barselona” darmadağınla yarımfinalda

Futbol üzrə İspaniya Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

GunAz.az komanda.az-a istinadən bildirir ki, ilk oyun günündə bir görüş baş tutub.

"Valensiya" doğma meydanda "Xetafe" ilə qarşılaşıb. Bir həftə öncə səfərdə minimal hesabla uduzan "Valensiya" cavab matçında son dəqiqələrdə vurduğu qollar sayəsində inamlı qələbəyə sevinib. Nəticədə, sözügedən komanda ilk yarımfinalçı olub.

İkinci oyun günündə iki görüş baş tutub. "Betis" səfərdə heç-heçəyə razılaşdığı "Espanyol"u doğma meydanda məğlub edərək, növbəti mərhələyə yüksəlib. "Barselona" isə səfərdə 2 cavabsız qolla uduzduğu "Sevilya"ya doğma meydanda böyük hesabla qalib gəlib.

İspaniya Kuboku, 1/4 finalın cavab oyunları

29 yanvar

Valensiya - Xetafe 3:1 (ilk oyun 0:1)

30 yanvar

Betis - Espanyol 3:1 (1:1)

Barselona - Sevilya 6:1 (0:2)

31 yanvar

00:30. Jirona - Real (4:2)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ