SON DƏQİQƏ
» » Bu gün Avropa Liqasında finalçılar müəyyənləşəcək

Bu gün Avropa Liqasında finalçılar müəyyənləşəcək

Tarix:

3-05-2018, 08:48

/ 10 415 dəfə oxundu.
Bu gün Avropa Liqasında finalçılar müəyyənləşəcək

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.

Apasport.az saytının məlumatına görə, “Atletiko” “Arsenal”ı, “Zalsburq” isə “Marsel”i qəbul edəcək.

İlk oyunda Londonda 1:1 hesablı bərabərliyə nail olan “Atletiko” doğma meydanda finala çıxmaq üçün oynayacaq. Səfərdə 80 dəqiqə azlıqda oynamasına baxmayaraq, lazımi nəticəni qazanmağı bacaran Dieqo Simeonenin yetirmələri üstünlüyü əldən vermək istəmir. “Hindular”a hətta qolsuz bərabərlik də sərf edəcək. “Arsenal” səfərdə oynamasına baxmayaraq, finala çıxmaq üçün əlindən gələni etməyə çalışacaq.

Avropa Liqasında mövsümün sürprizi hesab olunan “Zalsburq” bu dəfə çətinliklə üzləşib. Fransada “Marsel”dən iki cavabsız qol buraxan avstriyalılar doğma meydanda ən az 3 cavabsız qol vurmalıdır. Fransızlar isə əldə etdikləri üstünlükdən asanlıqla vaz keçmək istəmirlər.

 

Avropa Liqası

 

Yarımfinal, cavab oyunları

 

3 may

 

23:05. “Atletiko” (Madrid, İspaniya) – “Arsenal” (London, İngiltərə)

 

Baş hakim: Canluka Rokki (İtaliya)

 

Madrid, “Vanda Metropolitano” stadionu

 

İlk oyun: 1:1

 

 

23:05. “Zalsburq” (Avstriya) – “Marsel” (Fransa)

 

Baş hakim: Sergey Karasyov (Rusiya)

 

Zalsburq, “Redd Bull Arena”

 

İlk oyun: 0:2

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ