SON DƏQİQƏ

"Zirə"dən tarixi uğur - YENİLƏNDİ

Tarix:

6-07-2017, 23:43

/ 4 193 dəfə oxundu.
"Zirə"dən tarixi uğur - YENİLƏNDİ

Avropa Liqasında bu gün ikinci təsnifat mərhələsinin bütün iştirakçıları müəyyənləşir.

Gunaz.az-ın məlumatına görə, "Zirə” ilk mərhələnin cavab görüşünü Lüksemburqda keçirib.

Təmsilçimiz bu ölkənin "Differdanj” klubunun qonağı olub. İlk matçda Bakıda 2:0 hesabı ilə qalib gələn "Zirə” rəqib meydanında əzmkar oyun nümayiş etdirib. İlk hissədə hesabda geri düşən "Qartallar" ikinci hissədə iki qol vuraraq ilk dəfə çıxış etdiyi Avroliqada mərhələ adlamağı bacarıb.
Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu
6 iyul
21:00. "Differdanj” (Lüksemburq) - "Zirə” (Azərbaycan) 1:2
Vandenbroek, 11 - Manqa, 64. Qadze, 68.
İlk oyun - 0:2
Baş hakim: Boris Marhefka
Yan xətt hakimləri: Tomas Vorel, Yan Pozor
Dördüncü hakim: Pavol Xmura (hamısı Slovakiya)
Differdanj. "Munisipal”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ