SON DƏQİQƏ
» » Bu gün Çempionlar Liqasının ilk finalçısı məlum olacaq

Bu gün Çempionlar Liqasının ilk finalçısı məlum olacaq

Tarix:

9-05-2017, 08:56

/ 4 081 dəfə oxundu.
Bu gün Çempionlar Liqasının ilk finalçısı məlum olacaq

Bu gün Çempionlar Liqasında yarımfinalın cavab oyunlarına start veriləcək.  İlk finalçının adına Turində aydınlıq gələcək.
Səfərdə "Monako” üzərində 2:0 hesablı qələbə qazanmış "Yuventus” doğma azarkeşlər önündə əlinə düşən fürsətdən yararlanmağa çalışacaq.  Bu mövsüm Çempionlar Liqasında məğlub olmayan və 6 oyundur qapısından qol buraxmayan Kontenin yetirmələri gənc oyunçulardan formalaşmış rəqibinə təcrübə və səviyyənin fərqini başa salmağa çalışacaq.
"Monako” da cari mövsümdə əla formadadı. "Knyazlıq klubu” Liqa 1-in XXXVI turunda səfərdə "Nansi”dən güclü olub – 3:0. Əsasən hücum oyunçularına güvənən fransızları müdafiəsi ilə dünyada məşhur olan italiyalılara qarşı bu dəfə o qədər də şanslı saymaq olmaz.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu
9 may
22:45. "Yuventus” (İtaliya) – "Monako” (Fransa)
Baş hakim: Byörn Kuypers (Hollandiya)
İlk oyun – 2:0

GUNAZ.az

скачать dle 12.1

Şərhlər