SON DƏQİQƏ
» » “Real”dan bu futbolçuya - İnanılmaz təklif

“Real”dan bu futbolçuya - İnanılmaz təklif

Tarix:

23-04-2017, 16:20

/ 4 205 dəfə oxundu.
“Real”dan bu futbolçuya - İnanılmaz təklif

"Real" "Yuventus"un futbolçusu Paulo Dibalanı heyətinə qatmaq istəyir.
Fanat.az xəbər verir ki, baş məşqçi Zinəddin Zidanın da israrla istədiyi gənc ulduz üçün "Real"ın "Yuventus"a təklif edəcəyi paket də artıq hazırdı. İddia olunur ki, "Kral Klubu" Dibalanın qarşılığında italyanlara iki ulduzunu - Ceyms Rodriges və Alvaro Moratanı təklif edəcək.
Qeyd edək ki, Paulo Dibala 2012-ci ildə Argentinanın "İnstituto" klubundan "Palermo"ya 11,9 milyon avroya transfer olunub. "Yuventus" isə 2015-ci ildə onu 33,7 milyon avroya heyətinə qatıb. "Transfermarkt" hazırda ona 50 milyon avro qiymət qoyub. 23 yaşlı forvard bu mövsüm Turin klubunun heyətində 37 rəsmi oyuna çıxıb və 16 qol vurub.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ