SON DƏQİQƏ

"Qoca sinyora" "Porto" nu məyus etdi

Tarix:

23-02-2017, 04:30

/ 4 712 dəfə oxundu.
"Qoca sinyora" "Porto" nu məyus etdi

Çempionlar Liqasında 1/8 final mərhələsində ilk oyunlara yekun vurulub.

 Baş tutan son iki matçda "Porto” "Yuventus”u, "Sevilya” isə "Lester”i qəbul edib.

"Yuventus" səfərdə qələbə qazanaraq cavab matçı öncəsi böyük üstünlük əldə edib. Pyaça və Dani Alvesin qolları ilə "Porto"nu məyus edən "qoca sinyora" Turindəki görüşü formallığa çevirib.

İngiltərənin son çempionu "Lester" isə İspaniya səfərindən məğlub qayıtsa da, tur şanslarını saxlayır. Ranyerinin komandası 1:2 hesablı yenilgiyə rəğmən səfərdə vurduğu qola ümid edə bilər.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

22 fevral

"Porto” (Portuqaliya) – "Yuventus” (İtaliya) - 0:2

Qollar: Pyaça, 72, Dani Alves, 74

"Sevilya” (İspaniya) – "Lester” (İngiltərə) - 2:1

Qollar: Sarabia, 25, Korrea, 62 - Vardi, 73

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ