SON DƏQİQƏ
» » Türkiyə AÇ-2024 üçün namizədliyini açıqladı

Türkiyə AÇ-2024 üçün namizədliyini açıqladı

Tarix:

11-02-2017, 00:07

/ 4 486 dəfə oxundu.
Türkiyə AÇ-2024 üçün namizədliyini açıqladı

Türkiyə AÇ-2024-ə ev sahibliyi etmək üçün namizədliyini açıqlayıb.

Publika.az xəbər verir ki, bunu "NTVSpor”un canlı efirində Rıdvan Dilmen açıqlayıb.

2016-cı ilin qitə birinciliyinə də ev sahibliyi etmək üçün namizəd olmuş qardaş ölkə o zaman mübarizəni bir səslə uduzmuşdu. AÇ-2020-dən isə yarışın bütün Avropaya yayılması səbəbindən imtina edilmişdi.

Mötəbər turniri təşkil etmək istəyən ölkələr rəsmən açıqlanmasa da, Almaniya və Hollandiyanın təklikdə, Rusiya və Estoniyanın isə birlikdə namizəd olacağı gözlənilir.

Qeyd edək ki, UEFA-nın budəfəki tələbləri olduqca sərtdir. Belə ki, qitənin ali futbol qurumu çempionatı keçirmək istəyən ölkələrdən 9 və ya 10 stadion tələb edir. Bu arenalardan ikisi minimum 50 min, üçü ən az 40 min, dördü isə ən az 30 min azarkeş tutumlu olmalıdır.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ