Şahdağ Milli Parkında yanğın başlayıb- YENİLƏNİB

Şahdağ Milli Parkında yanğın başlayıb- YENİLƏNİB

Qəbələ rayonunda meşə ərazisində yanğın başlayıb.

Rayonun Tıkanlı kəndinə yaxın ərazidə yerləşən meşə massivi yanır.

Yanğının söndürülməsi üçün əraziyə Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və meşə təsərrüfatı işçiləri cəlb olunub.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələ rayonunda meşə yanğını olması barədə məlumatı təsdiqləyib.

O bildirib ki, yanğın Şahdağ Milli Parkının ərazisində baş verib:

"Hazırda ETSN və FHN əməkdaşlararı yanğın baş verən ərazidədirlər. Yanğının söndürülməsi üçün işlər görülür”.

скачать dle 12.1
Geri qayıt