Səngəçalda növbəti partlayış - FOTO

Səngəçalda növbəti partlayış - FOTO
Bakının Qaradağ rayonunda növbəti dəfə qaz xəttində partlayış olub.
Bu barədə "Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi"nin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
O bildirib ki, partlayış Səngəçal qəsəbəsində olub: "Hadisə saat 20:40-da baş verib. Qəza ötən dəfə baş verən yerə yaxın ərazidədir".
Hazırda sözügedən ərazidə güclü yanğının olduğu bildirilir.
Qeyd edək ki, dekabrın 27-də Səngəçalda "Qazıməmməd" qaz kəməri partlamışdı.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt