Bolqarıstanda qar fırtınası nəticəsində 2 nəfər ölüb

Bolqarıstanda qar fırtınası nəticəsində 2 nəfər ölüb
Bolqarıstanda güclü qar fırtınası nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.  
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 400 yaşayış məntəqəsi elektrik enerjisi təchizatından məhrum olub.   
Ölkənin şimal-şərq bölgəsində nəqliyyatın hərəkəti iflic olub. Qatarlar böyük fasilələrlə işləyir.  
Sinoptiklər qeyr-sabit qarlı havanın yanvarın 8-dək davam edəcəyini bildiriblər. 

Gunaz.az


скачать dle 12.1
Geri qayıt