Dənizdə bir nəfər batdı - Dalğıclar axtarış aparır
Bu gün Xəzər dənizində bir nəfər batıb.
GunAz.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Abşeron rayonunun Novxanı kəndində dənizdə (nəzarətsiz ərazi) bir nəfər batıb.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.