Türkiyənin İzmir şəhərində məhkəmə binası yaxınlığında partlayış baş verəndən sonra silahlı toqquşma yaşanıb. Polislə terrorçular arasında baş verən toqquşmada iki terrorçu məhv edilib. Üçüncü terrorçu isə axtarılır. Öldürülən terrorçuların cəsədlərinin fotoları yayılıb.