Maşın oğrusu tutuldu

Maşın oğrusu tutuldu
Yanvarın 3-ə keçən gecə Nərimanov rayonunun Daş karxanası yaşayış sahəsindən Bakı şəhər sakini Araz Hacıəliyevə məxsus "VAZ-21074" markalı avtomobil qaçırılıb.  
Gunaz.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nərimanov RPİ DYPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 03 radələrində Ə. Əliyev küçəsində saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib.   
Hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini Şamo Əlizadə 17-ci PB-yə təhvil verilib.
скачать dle 12.1
Geri qayıt