Bakıda həbsxanada yanğın baş verib. Report xəbər verir ki, yanğın Xətai rayonu ərazisində, Sabit Orucov küçəsində yerləşən yetkinlik yaşına çatmayan məhkumların saxlandığı müəssisədə baş verib.
Hadisə yerinə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım birqadası cəlb olunub. Müəssisədə saxlanılan məhkumlar təxliyə edilib.
Yanğının müəssisənin zirsəmi hissəsində baş verdiyi bildirilib. Müəssisəyə elektrik enerjisinin verilməsi dayandırılıb.