Sosial mediada Akhe Maşrapov adlı qırğız vətəndaşının "Reina" terrorunu həyata keçirən şəxs olması ilə bağlı iddialar yayılıb. Maşrapov bununla bağlı qırğız mətbuatına açıqlama verib. O bildirib ki, terrorçuya oxşadığı üçün İstanbulda həbs olunub, ancaq ifadəsi alındıqdan 1 saat sonra buraxılıb. Hazırda bu ehtimalin nə qədər həqiqəti əks etdirib-etdirməməsi araşdırılır. Qeyd edək ki, sosial media istifadəçiləri Maşrapovun pasportunun şəklini paylaşaraq terrorçu olduğunu iddia edirdilər.