Fici adaları rayonunda 7,2 bal gücündə zəlzələ olub

Fici adaları rayonunda 7,2 bal gücündə zəlzələ olub

Sakit okeanın cənub hissəsində yerləşən Fici adaları rayonunda 7,2 bal gücündə zəlzələ baş verib.  "RİA Novosti”-nin  verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidmət məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar  UTC vaxtı ilə  21.52-də (Bakı vaxtı ilə 01.52-də) qeydə alınıb. Zəlzələnin episentri Fici adalarındakı Nadi şəhərindən 227 km  cənub-şərqdə, 10 km dərinlikdə qeydə alınıb.  

Fici adaları sahillərində sunaminin baş verəcəyi istisna olunmur. 

Gunaz.az

скачать dle 12.1
Geri qayıt