"Kamaz"la toqquşan təcili tibbi yardım maşını yandı

"Kamaz"la toqquşan təcili tibbi yardım maşını yandı

Təcili tibbi yardım maşını yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər verir.

Bakı-Qazax yolunun 195-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində, Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasının "Qazel” markalı avtomobili ilə vətəndaşa məxsus "Kamaz” markalı yük avtomobili toqquşub və yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində "Qazel” markalı avtomobilin yanar hissələri yanıb. "Kamaz” markalı yük avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gunaz.az
скачать dle 12.1
Geri qayıt