Bakıda yaşayış binası yanır
Binəqədi rayonunda yaşayış binası yanır.
Hadisə paytaxtın Süleyman Sani Axundov küçəsində yerləşən doqquzmərtəbəli binada baş verib.
İlkin məlumata görə, yanğın binanın beşinci mərtəbəsindən başlayaraq digər mərtəbələrə yayılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin briqadası cəlb edilib. Oxu.az
