Bıçaqlanma hadisəsi

Bıçaqlanma hadisəsi
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. 
Hadisə rayonun Masazır qəsəbəsi ərazisində qeydə alınıb.  
Qəsəbə sakini Tariyel Aslanov bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib.  
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini Müslüm Müslümov tutulub. 
Gunaz.az
скачать dle 12.1
Geri qayıt