Fransada 650 avtomobil yandırılıb

Fransada 650 avtomobil yandırılıb

Yeni il gecəsi Fransada naməlum şəxslər tərəfindən 650 avtomobil yandırılıb.

 TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Fransa daxili işlər nazirliyinin yaydığı açıqlamada bildirilir.

"Ötən gecə ölkə ərazisində 650 avtomobil yandırılıb. Bir il bundan əvvəl, 2016-cı il, yanvarın 1-ə keçən gecə 602 maşın yandırılmışdı”, məlumatda qeyd edilib.

Eyni zamanda nazirlik son beş il ərzində yandırılan maşınların sayının 20% azaldığını vurğulayıb. 

Gunaz.az
скачать dle 12.1
Geri qayıt