Salyanda iki avtomobil toqquşdu - YARALILAR VAR
![Salyanda iki avtomobil toqquşdu - YARALILAR VAR](https://gunaz.az/uploads/posts/2022-03/1648061464_toqqusma-768x403.jpg)
Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
GunAz.az xəbər verir ki, Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub.
Qəza nəticəsində Bakı şəhər sakinləri – 1969-cu il təvəllüdlü Rəhimova Gülnarə İdris qızı, 1996-cı il təvəllüdlü Rəhimova Leyla Natiq qızı və 1969-cu il təvəllüdlü Məhərrəmova Sədaqət Aydın qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar əvvəlcə Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıblar, daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə köçürülüblər.
Faktla bağlı araşdırma aparılır.