Bakıda film kimi olay- Polis məktəb direktorunu axtarır

Bakıda film kimi olay- Polis məktəb direktorunu axtarır

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) rüşvət almaqda təqsirləndirilən sabiq məktəb direktoru Cavad Səfərovun barəsində axtarış elan edib.

Bu barədə hüquq mühafizə orqanlarından məlumat verilib.

O, Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3-cü (Külli miqdarda rüşvət alma) maddəsi ilə axtarışa verilib.

Qeyd edək ki, vətəndaş Ruxsarə Babayeva Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş C.Səfərov barədə hüquq mühafizə orqanlarına müraciət edib. O bildirib ki, C.Səfərov məktəbə işə düzəlmək üçün ondan rüşvət alıb. Məktəb direktoru bu müraciət əsasında saxlanılıb

скачать dle 12.1
Geri qayıt