Ticarət mərkəzində yanğın olub- Ölən var

Ticarət mərkəzində yanğın olub- Ölən var

Tovuz şəhərində, ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın sahəsi 12 m² olan bir otağında məişət tullantıları 3 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Yanğın yerinin kəşfiyyatı zamanı 1960-cı il təvəllüdlü Ələkbər Əziz oğlu Ələsgərovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır

скачать dle 12.1
Geri qayıt