Azərbaycanda general işdən çıxarıldı

Azərbaycanda general işdən çıxarıldı

Azərbaycanda polis generalı təqaüdə göndərilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Qeyd edək ki, S.Əliyev bu vəzifədə 2016-cı ildən çalışırdı

скачать dle 12.1
Geri qayıt