Əhməd Çalık yol qəzasında öldü
Türkiyənin "Konyaspor" klubunun futbolçusu Əhməd Çalık dünyasını dəyişib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
28 yaşlı müdafiəçi avtomobil qəzasında vəfat edib.
Qeyd edək ki, 2020-ci ildən "Konyaspor"da çıxış edən oyunçu 8 dəfə Türkiyə yığmasının formasını geyinib. 2017 - 2020-ci illərdə "Qalatasaray"ın şərəfini qorumuş müdafiəçi 2017/2018 və 2018/2019 mövsümündə Türkiyə Super Liqasının qalibi olub.