Azərbaycanda əməkdar artist vəfat etdi

Azərbaycanda əməkdar artist vəfat etdi

Əməkdar artist Zilli Namazov uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə aktyor, xalq artisti Kazım Abdullayev sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

O bildirib ki, əməkdar artist axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Zilli Namazov 1951-ci ildə anadan olub. 1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakültəsində Adil İsgəndərovun kursunu bitirib, 1976-cı ildən "Azərbaycanfilm"də aktyor-rejissor kimi çalışıb.

скачать dle 12.1
Geri qayıt