Azərbaycanlılar yaşayan kənddə atışma: yaralanan var

Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yaşadığı Qaratəhlə kəndində atışma olub.
GunAz.az xəbər verir ki, naməlum şəxslər gənci avtomobilində vuraraq qaçıblar.
Təcili tibbi yardım briqadası tərəfindən Rustavi Mərkəzi Xəstəxanasına çatdırılan yaralı təcili əməliyyat olunub.
Klinika xəstənin vəziyyətinin ağır olduğunu bildirib.