Bakıda güclü külək yük avtomobilini aşırdı
Bakıda güclü külək yük avtomobilini aşırıb.
Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
Hərəkətdə olan "QAZel" markalı yük avtomobili güclü küləyin təsirindən aşıb. Nəticədə avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.