Gəncədə ağır qəza- Ölən var

Gəncədə ağır qəza- Ölən var

Gəncə şəhərində ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun Gəncə şəhərindən keçən hissəsində qeydə alınıb.

"Hunday" və "Oka" markalı minik avtomobilləri toqquşub.

Məlumata görə, qəza zamanı "Oka" markalı avtomobilin sürücüsü 1962-ci il təvəllüdlü Gədəbəy rayon sakini Abdulxaliq Mamed oğlu Rüstəmov həlak olub.

"Hyundai” markalı avtomobilin sürücüsü, 2000-ci il təvəllüdlü Gəncə sakini Timur Daşqın oğlu Hacıyev isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib,qəzanın təfərrüatları dəqiqləşdirilir

скачать dle 12.1
Geri qayıt