Türkiyədə ölənlərin sayı 64 nəfərə çatıb
Türkiyənin Qaradəniz bölgəsində sel fəlakəti nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.
GunAz.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) bildirilib.
Ölənlərin 54-ü Kastamonu, doqquzu Sinop, biri isə Bartın sakinidir.
Hazırda həmin bölgələrdə 8 mindən çox canlı qüvvə axtarış-xilasetmə, eləcə də təmizlik, bərpa işlərində iştirak edir.