FHN-in dördüncü qrupu Türkiyəyə çatıb - Yenilənib

FHN-in dördüncü qrupu Türkiyəyə çatıb - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti – dördüncü qrup bu gün axşam saatlarında Türkiyəyə yola düşüb.
FHN-dən verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportundan təyyarə ilə yola düşən və fərdi yanğınsöndürmə vasitələri ilə təchiz olunmuş yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – dördüncü qrupu Türkiyəyə çatıb.
Bakı vaxtı ilə təxminən 01:15-də 200 nəfərdən ibarət növbəti yanğın-xilasetmə qrupunu bölgənin rəsmi nümayəndələri, FHN-nin əməkdaşları Muğla Dalaman Hava Limanında qarşılayıblar.
Beləliklə, qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib. 

FHN-in dördüncü qrupu Türkiyəyə çatıb - Yenilənib

 


скачать dle 12.1
Geri qayıt