Türkiyədə yanğın törədən iki nəfər tutuldu
Türkiyənin Adıyaman vilayətində yol kənarındakı əraziləri yandıran iki nəfər tutulub.
GunAz.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, motosikletdə olan iki nəfərin əraziləri yandırması barədə polisə məlumat daxil olub.
Keçirilən əməliyyatla onlar saxlanılıb, törədilən yanğınlar isə söndürülüb.
Məsələ ilə bağlı araşdırma aparılır.qafqazinfo
