Bakıda uşağa qarşı zorakılıq – 2 yaşlı körpəni bu hala kim salıb?
Bakıda nənə nəvəsinin məktəbəqədər təhsil müəssisəsində döyüldüyünü iddia edir. Onun sözlərinə görə 2 yaşlı uşağa qarşı zorakılıq tətbiq edilib. Şikayətçi uşağın döyülməsi ilə bağlı polis bölməsinə müraciət edib.
Kəmalə Əhmədova iddia edir ki, 2 yaşlı nəvəsi Paytaxtın Nərimanaov rayonunda yerləşən 56 saylı uşaq baxçasında döyülüb.
Uşağın nənəsi bildirdi ki, nəvəsi bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb. Kəmalə Əhmədova döyülmə faktını tibbi ekspertizanın da təsdiqlədiyini iddia edir. Onun sözlərinə görə, bununla bağlı bağçanın rəhbərliyinə müraciət etsələr də, hansısa nəticə əldə olunmayıb.
Xəzər Xəbər məsələ ilə bağlı qarşı tərəflə telefonla əlaqə saxlamağa da cəhd etsə də, uşağın Aytən adlı qrup rəhbəri sualı cavabsız qoyub.
Artıq məsələ ilə bağlı Nərimanov rayon 17-cı polis bölməsinə də müraciət olunub. Faktla bağlı araşdırma aparılır.
