“Azəriqaz”ın maşını son anda yanğından qurtuldu

Göyçay şəhərində avtomobilin yanmasının qarşısı alınıb.
GunAz.az-xəbər verir ki, hadisə bu gün axşam saat 21:30 radələrində rayonun Rəsul Rza küçəsində qeydə alınıb. Belə ki, "Azəriqaz"a məxsus 90 JS 206 dövlət qeydiyyat nömrə nişanlı "Ford Transit" markalı maşın tüstüləməyə başlayıb. Hadisə yerinə FHN-nin Göyçay yanğından mühafizə hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.